...

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir - Ceyhun Bayramov

Siyasət Materials 24 İyun 2022 15:29 (UTC +04:00)
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir - Ceyhun Bayramov
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi hansısa formatın girovuna çevrilməməlidir.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransı zamanı deyib.

"2022-ci ilin fevralından başlayaraq məlum səbəblərlə əlaqədar ATƏT Minsk qrupu həmsədrlərinin qarşılıqlı fəaliyyəti tam iflic olub. Və biz bu məlumatı rusiyalı tərəfdaşlarımız da daxil olmaqla müxtəlif mənbələrdən almışıq. Bu vəziyyətdə Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bizim üçün regionda uzunmüddətli, möhkəm və dayanıqlı sülhün əldə olunması prioritetdir. Bu prizmadan baxarkən proses formatın girovuna çevrilməməlidir. Təbii ki, biz mövcud olmayan formata yönələ bilmərik", - deyə nazir bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti