Bakı. Trend:
Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən 7000 nəfərdən artıq vətəndaşın da Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşdırılaraq sənədləri "Müharibə veteranı" adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, arayış-məlumatları göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları "Müharibə veteranı" adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcəkdir.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin
aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar
ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000
nəfərə "Müharibə veteranı" adı verilib.