...

DGK-ya sədrliyin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib - Sərəncam

Siyasət Materials 18 İyul 2022 14:44 (UTC +04:00)
DGK-ya sədrliyin müvəqqəti icrası Şahin Bağırova həvalə edilib - Sərəncam

Bakı. Trend:

Prezident İlham Əliyev Şahin Bağırovun Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Şahin Soltan oğlu Bağırov Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini təyin edilsin.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti