...

Ermənistan təxribatlar törədərək sülhə mane olur

Siyasət Materials 13 Sentyabr 2022 10:53 (UTC +04:00)
Ermənistan təxribatlar törədərək sülhə mane olur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İki il öncə baş verən 44 günlük Vətən müharibəsi Ermənistanın acınacaqlı məğlubiyyəti ilə başa çatdı. Müharibədə mütləq qələbə qazanan Azərbaycan bununla belə regionda əbədi sülhün əldə edilməsi üçün əməkdaşlıq təkliflərini irəli sürdü. Düşünmək olardı ki, Ermənistan rəhbərliyi bu imkanları, ona uzanan sülh əlini dogru şəkildə dəyərləndirəcək. Çünki bu hamıdan daha çox Ermənistanın özünə lazımdır. Lakin biz bunun əksini müşahidə edirik. Ermənistan təxribatlar törədərək sülhün bərqərar olmasına mane olur.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat qeyd edib ki, bu gün baş nazir Nikol Paşinyanın timsalında Ermənistanın yürütdüyü siyasəti ikiüzlü siyasət kimi dəyərləndirmək doğru olar: “Təsəvvür edin ki, Nikol Paşinyan, Moskavda, Brüsseldə keçirilən görüşlərdə sülhdən daışır, guya sülhün imzalanması üçün çalışdığı görüntüsünü yaradır. Amma realda təxribatçı addımları davam etdirir.

Bu adam xarici ölkələrə səfər edərək orada həm öz dağılmış siyasi imicini bərpa etmək üçün ayrı-ayrı dövlətlərin rəhbərlərindən dəstək istəyir, həm də müharibədə darmadağın olmuş Ermənsitan ordusunun yenidən dirçəldilməsi üçün yardımlar xahiş edir. Əslində, hər iki halda məqsəd aydındır. Qərbin bəzi imerialist, regionda əbədi sülhün əldə edilməsinə qarşı olan mərkəzlərinin və dövlətlərinin yanaşmasından ürəklənən Ermənistan yenidən müharibəyə səbəb olacaq təxribatlara baş vurur”, - deyə deputat bildirb.

V.İskəndərov deyib ki, N.Paşinyanın timsalında Ermənistan hakimiyyətinin son vaxtlar sərgilədiyi mövqe, xüsusilə də bu alayarımçıq siyasətçinin Vladivostok forumunda qarşıdurma ritorikasına əsaslanın çıxışı Tovuz hadislərini xatırladır: “Həmin vaxtda da Ermənistan hakimiyyəti eyni ikiüzlü siyasət yürüdür, eyni ritorika ilə addımlar atırdı. Lakin Tovuz hadisələrinin, daha dəqiq desək Ermənistanın həmin vaxt törətdiyi təxribatalrın sonradan 44 günlük Vətən müharibəsi üçün qığılcım rolunu oynadığını unutmamalıdırlar. Ermənistan hakimiyyəti bilməlidir ki, bu dəfəki dəmir yumuru daha ölümcül olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti