...

Ukrayna XİN Ermənistanın təxribatlarına münasibət bildirib

Siyasət Materials 13 Sentyabr 2022 12:49 (UTC +04:00)
Ukrayna XİN Ermənistanın təxribatlarına münasibət bildirib

Bakı. Trend:

Ukrayna Azərbaycanla Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir.

Trend-in məlumatına görə, bunu Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko deyib.

"Biz tərəfləri beynəlxalq hüquq normalarına əməl etməklə, xüsusilə suverenliyə və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə hörmət etməklə münaqişənin siyasi-diplomatik tənzimlənməsinə çağırırq", - açıqlamada deyilir.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti