Bakı. Trend:
Heç kimə sirr deyil ki, bu gün Türkiyə ordusu dünyanın ən güclü ordularından biridir. Müqayisə üçün deyə bilərəm ki, qardaş ölkənin bu qədər güclü və peşəkar orduya sahib olması onların təcrübələrindən qaynaqlanır. Qüdrətli türk dövlətinin müstəqilliyi şəhidlərinin qanı bahasına əldə edilir.
Bunu Trend-ə hərbi ekspert Ramil Məmmədli deyilb.
Onun sözlərinə görə, tarix boyu savaşdan başı açılmayan, hər zaman torpaqlarında terrorla mübarizədə uğurlu əməliyyatlar aparan Türkiyə ordusu məhz o əməliyyatların sayəsində təcrübə yığaraq peşəkar orduya çevrilib.
"Eyni qaydada Aprel döyüşləri, Günnüt zəfəri, Tovuz döyüşləri,
44 günlük Vətən müharibəsi və Qisas əməliyyatı ordumuzun daha
təcrübəli və peşəkar olmasına səbəb olur. Ermənistan silahlı
qüvvələrinin sentyabrın 12-dən etibarən 3 günlük genişmiqyaslı
təxribatına qətiyyətli cavabımız ordumuzun nə qədər peşəkar və
effektiv olduğunu göstərir. Bu gün bu fərqi, peşəkarlığı, qüdrəti
asanlıqla müşahidə etmək olur.
Şübhəsiz ki, digər əməliyyatları olduğu kimi, Ermənistanın
törətdiyi genişmiqyaslı təxribatlara cavab əməliyyatlarını da
peşəkar ordumuz düzgün təhlil edəcək və əgər hər hansı nöqsan
olubsa, üzərində işləyərək daha da təkmilləşəcəkdir. Əminliklə deyə
bilərəm ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevin apardığı siyasət tamamilə doğrudur və Müdafiə Nazirliyi
Ali Baş Komandanın ordu quruculuğu istiqamətində apardığı siyasəti
düzgün icra edir", - o qeyd edib.