...

Fransa mətbuatı Nikol Paşinyanın sərhədlərin delimitasiyası prosesinə mane olmaq cəhdlərindən yazıb

Siyasət Materials 27 Sentyabr 2022 09:34 (UTC +04:00)
Fransa mətbuatı Nikol Paşinyanın sərhədlərin delimitasiyası prosesinə mane olmaq cəhdlərindən yazıb

Bakı. Trend:

Fransanın "Lagazetteaz.fr" xəbər portalında Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-ın Nyu-York şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında verdiyi bəyanatlar, habelə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası prosesinə mane olmaq cəhdlərindən bəhs olunan məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə bildirilib ki, Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı son sərhəd gərginliyindən və gərginlik fonunda müttəfiqlərinin İrəvana hərbi dəstək göstərməməsindən gileylənib.

“Paşinyanın delimitasiya xəritələri ilə bağlı verdiyi bəyanatları Ermənistanın sərhədlərin müəyyənləşdirilməsi prosesində maraqlı olmadığını, prosesi uzatmağa çalışacağı barədə ehtimallarını gücləndirir ”, -deyə məqaləd qeyd olunub.

Həmçinin vurğulanıb ki, BMT tribunasından yeni gərginlik mesajı verən Paşinyan, çıxışı zamanı təklənməsindən, müttəfiqlərinin Ermənistanın təhlükəsizliyinə laqeyd münasibətindən də şikayətlənib və erməni cəmiyyətində üzv olduğu hərbi bloka - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) inamsızlığın yarandığına işarə edib.

“Ermənistan son toqquşmalardan sonra Rusiyanın başçılıq etdiyi KTMT-yə yardım üçün müraciət etsə də, qurum yalnız sərhədə missiya göndərməklə kifayətləndi. KTMT-nin İrəvanın hərbi yardımla bağlı müraciətini cavabsız qoyması Ermənistanda etiraz aksiyalarına səbəb olub. Etirazçılar rəsmi İrəvandan KTMT-dan çıxmasını tələb edir. Bölgədəki proseslərdən və İrəvanın siyasi davranışlarından aydın olur ki, erməni baş nazirin qərb təhsisatı və NATO-nun hərbi addımlarını dolayı yollarla dəstəkləyən BMT tribunasından KTMT-dəki mütəfiqləri barədə səsləndirdiyi fikirlərin ünvanı Moskvadır. Çünki hərbi gərginlik zamanı digər KTMT üzvlərinin İrəvana yardım etməsi müzakirə mövzusu deyildi. Səbəb isə həmin dövlətlərin Azərbaycanla yaxın münasibətinin olmasıdır. İrəvanın yardımla bağlı ümid etdiyi hərbi müttəfiqi Moskva isə onu son döyüşlərdə tək buraxdığı üçün Ermənistanın bütün arzuları puç olub və bu səbəbdən, Rusiyaya qarşı ictimai qəzəb artıb “, -deyə məqalədə əlavə olunub.

Məqalədə yekun olara xatırladılıb ki, Ermənistan həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan Rusiyadan asılı dövlətdir və İrəvanın Moskvanın düşmən olduğu qütbə, yəni ABŞ və ya Avropaya doğru irəliləməsi intihar cəhdindən başqa bir şey deyil:

“Bölgədə təkləndiyi bir zamanda Azərbaycana qarşı ərazi iddialarından əl çəkməməsi, həmçinin delimitasiya prosesindən, Zəngəzur dəhlizinin inşasından imitana etməsi isə ümumilikdə Ermənistan dövləti və xalqı üçün uğurlu heçnə vəd etmir.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti