...

Qlobal problemlər fonunda sosial tədqiqat mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür - Fariz İsmayılzadə

Siyasət Materials 28 Sentyabr 2022 10:57 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qlobal problemlər fonunda sosial tədqiqat mərkəzlərinin üzərinə böyük məsuliyyət düşür.

Trend-in məlumatına görə, bunu ADA Universitetinin prorektoru Fariz İsmayılzadə sentyabrın 28-də Azərbaycan Beyin Mərkəzlərinin I Forumu çərçivəsində “Azərbaycanda beyin mərkəzləri və onların qarşısında duran məsələlər” mövzusunda panel müzakirələrdə deyib.

ADA Universitetinin prorektoru bildirib ki, əsas çətinlik məlumatlara çıxışla bağlıdır.

"Məlumatlara giriş asanlaşmalıdır. İkinci çətinlik maliyyə ilə bağlıdır. Çünki keyfiyyət və kəmiyyət bir-biri ilə əlaqəlidir. Böyük həcmdə informasiya ilə tanış olmağa nə vaxt var, nə də həvəs".

Sosial mediadan danışan F.İsmayılzadə bildirib ki, gənc analitiklərlə təlimlər aparılmalıdır.

"Unudulmuş sahələrə diqqət yetirilməlidir. Bu kontekstdə Cənubi və Şərqi Asiyanı qeyd etmək istərdim", - prorektor deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti