...

Azərbaycan-Qırğızıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur

Siyasət Materials 12 Oktyabr 2022 18:41 (UTC +04:00)
Azərbaycan-Qırğızıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyevin Qırğızıstana səfəri, orada yüksək səviyyədə qarşılanması, Azərbaycan, Ümummilli Lider Heydər Əliyev, Prezident İlham Əliyev haqqında söylənilən fikirlər Azərbaycanın dünyada və bölgədə artan nüfuzunun göstəricisidir.

Bunu bu gün Trend-in sualına cavabında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində bu gün dünyada və regionda Azərbaycana maraq daha da artıb. Hazırda dünyanın əksər ölkələri Azərbaycanla əlaqələri daha da möhkəmləndirməyə çalışırlar.

"Prezident İlham Əliyevin xarici siyasətində türk dövlətləri ilə əməkdaşlıq prioritet istiqamətlərdən birini təşkil edir. Bu gün Azərbaycan Türk Dövlətləri Təşkilatının fəaliyyətinin daha da güclənməsi üçün davamlı addımlar atır. Bu qurumun təşkilatlanmasında, daha da güclənməsində Türkiyə ilə Azərbaycan hazırda aparıcı rol oynayır.

Prezident İlham Əliyevin Qırğızıstana səfəri həm də bir çox mühüm görüş və ikitərəfli sənədlərin imzalanması ilə yadda qaldı. Bir müddət bundan əvvəl Qırğızıstan Prezidentinin Azərbaycana, Prezident İlham Əliyevin Qırğızıstana səfəri iki ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Beləliklə, tam əminliklə söyləyə bilərik ki, bu səfərlərlə iki dost və qardaş ölkə arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoydu", - deputat qeyd edib..

Məqalədə:
Xəbər lenti

Xəbər lenti