...

Qırğızıstan Azərbaycanla əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirir - Nazirlik

Siyasət Materials 13 Oktyabr 2022 20:23 (UTC +04:00)
Qırğızıstan Azərbaycanla əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirir - Nazirlik
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Qırğızıstan Azərbaycanla əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirir.

Bunu cümə axşamı Trend-ə Qırğızıstan İqtisadiyyat və Kommersiya Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, 2022-ci il aprelin 19-20-də Qırğız Respublikasının prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün böyük əhəmiyyət kəsb edib. Bu səfər zamanı bir sıra sənədlər, o cümlədən "Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında strateji tərəfdaşlıq haqqında bəyannamə" və "Dövlətlərarası Şuranın yaradılması haqqında memorandum" imzalanıb.

"Tərəflər yüksək səviyyədə mövcud olan ikitərəfli münasibətləri alqışlayır, strateji tərəfdaşlığın və siyasi dialoqun, eləcə də müxtəlif sahələrdə əməkdaşlığın möhkəmlənməsi yolunda qətiyyətini təsdiqləyir. Bunun davamı olaraq avqustun 15-16-da iqtisadi və humanitar əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dördüncü iclası baş tutub. İclas zamanı ticari-iqtisadi münasibətlər, humanitar əməkdaşlıq, kənd təsərrüfatı sahəsi, nəqliyyat və yüksək texnologiyalar kimi məsələlər müzakirə olunub", - deyə nazirlikdən bildiriblər.

Həmçinin, qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 11-12-də Qırğızıstana rəsmi səfəri də mühüm əhəmiyyət daşıyır, bu səfər zamanı Dövlətlərarası Şuranın birinci iclası keçirilib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti