...

Azərbaycanın Praqada Cənubi Qafqazla bağlı irəli sürdüyü təşəbbüsü dəstəkləyirik - Gürcüstanın Baş naziri

Siyasət Materials 24 Oktyabr 2022 14:19 (UTC +04:00)
Azərbaycanın Praqada Cənubi Qafqazla bağlı irəli sürdüyü təşəbbüsü dəstəkləyirik - Gürcüstanın Baş naziri

Bakı. Trend:

Azərbaycanın Praqada Cənubi Qafqazla bağlı irəli sürdüyü təşəbbüsü dəstəkləyirik.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Gürcüstanın Baş naziri bildirib:

"Bununla yanaşı, biz regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında olan təmasları, iki ölkə arasında sülh prosesini nəzərdən keçirdik. Şəxsən mən və bizim hökumətimiz ümidvarıq ki, sülh siyasətini həyata keçirmək üçün əlimizdən gələni edəcəyik. Regionumuzdakı mehriban qonşuluq əlaqələri heç bir əməkdaşlıq formatına zidd deyil, bunu yalnız gücləndirəcəyik və əminəm ki, biz bir yerdə çox işlər görə bilərik.

Cənab Prezident, Sizin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyünüz təşəbbüsü də dəstəkləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti