...

Orta dəhliz və digər layihələr bundan sonra da irəliyə aparılacaq - İrakli Qaribaşvili

Siyasət Materials 24 Oktyabr 2022 14:19 (UTC +04:00)
Orta dəhliz və digər layihələr bundan sonra da irəliyə aparılacaq - İrakli Qaribaşvili

Bakı. Trend:

Orta dəhliz və digər layihələr bundan sonra da irəliyə aparılacaq.

Trend-in məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili oktyabrın 24-də Mçxeta rayonundakı Muxrani sarayında “Qarabağ xanlığının irsi” sərgisi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən deyib.

Gürcüstanın Baş naziri bildirib:

"Biz iqtisadiyyat, enerji, nəqliyyat məsələlərini nəzərdən keçirdik. Gürcüstan Azərbaycan üçün önəmli ölkədir və eyni zamanda, Azərbaycan da Gürcüstanın strateji tərəfdaşıdır. Biz artıq reallaşdırdığımız mühüm layihələri nəzərdən keçirdik. Bunlar tarixi layihələrdir - Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhliz. Bizim həyata keçirdiyimiz layihələr bundan sonra da irəliyə aparılacaq və onları daha da sürətləndirmək əzmindəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti