...

Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO)

Siyasət Materials 8 Noyabr 2022 10:42 (UTC +04:00)
Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib (FOTO)

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə XİN-in "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda qeyd edilir: "İşğal altındakı torpaqlarını qəhrəmancasına bir mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə daimi sülh və sabitlik ümidlərinə səbəb olub.

Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın inkişafı üçün Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərməyə davam edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti