...

Ceyhun Bayramov Rumıniyanın XİN rəhbəri ilə görüşüb (FOTO)

Siyasət Materials 1 Dekabr 2022 21:26 (UTC +04:00)

Bakı. Trend:

1 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

XİN-dən Trend-ə bildirilib ki, görüşdə Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri, energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmkarına post-münaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.

Nazir Auresku bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, energetika və enerji təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın daha da inkişaf etməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər və regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti