...

Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir - Mövlud Çavuşoğlu

Siyasət Materials 7 Dekabr 2022 15:47 (UTC +04:00)
Moldova, Rumıniya və Bolqarıstan qaz tələbatının ödənilməsi üçün Azərbaycanla işləyir - Mövlud Çavuşoğlu
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Moldova, Rumıniya və Bolqarıstan təbii qaza olan tələbatlarının ödənilməsi üçün Azərbaycanla işləyir.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovanın xarici işlər naziri Niku Popesku ilə keçirdiyi birgə mətbuat konfransada çıxışında deyib.

Nazir qeyd edib ki, Ukraynadakı müharibə ilə əlaqədar enerji və qida təhlükəsizliyi qlobal ictimaiyyətin gündəm məsələləridir.

"Enerji sahəsində əməkdaşlıq etməliyik. Rumıniya, Moldova, Bolqarıstan kimi ölkələrin təbii qaza tələbatı var. Azərbaycanla birlikdə bu tələbatın qarşılanması istiqamətində işlərimiz davam edir", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti