...

Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb - Mahmud Məmməd-Quliyev

Siyasət Materials 8 Dekabr 2022 09:53 (UTC +04:00)
Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb - Mahmud Məmməd-Quliyev

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb və qanunsuz olaraq mənimsəyib.

Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.

Nazir müavini bildirib ki, bu il Azərbaycanın UNESCO-ya üzvlüyünün 30-cu ildönümüdür. Azərbaycan bu illər ərzində UNESCO çərçivəsində bir sıra nailiyyətlər əldə edib.

M.Məmməd-Quliyev əlavə edib ki, münaqişədən sonrakı bərpa prosesində də Azərbaycan UNESCO ilə əməkdaşlıda maraqlıdır.

“2 il bundan öncə biz öz torpaqlarımızı 30 illik erməni işğalından azad etdik. Ermənistan sistemli şəkildə abidələrimizi, mədəni sərvətlərimizi dağıdıb və qanunsuz olaraq mənimsəyib. Məscidlərin dağıdılması mədəni genosiddir.

Bu ilin əvvəlində İSESCO texniki missiyasını Azərbaycana göndərdi. Biz müstəqil texniki missiyanın mümkün qədər tez keçirilməsinin tərəfdarıyıq. Ermənistan bu prosesə müdaxilə etməkdən uzaq durmalıdır. Bir daha UNESCO-nu texniki missiyanın keçirilməsinə dəvət edirəm", - nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti