...

Heç kəs demir ki, UNESCO Azərbaycanın tərəfini tutsun, tərəfsiz, ədalətli olsun - Öcal Oğuz (ÖZƏL)

Siyasət Materials 8 Dekabr 2022 11:01 (UTC +04:00)
Heç kəs demir ki, UNESCO Azərbaycanın tərəfini tutsun, tərəfsiz, ədalətli olsun - Öcal Oğuz (ÖZƏL)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Qarabağda işğal dövründə tarixi milli abidələrin təhrif edilməsini bütün insanlığın görməsi lazımdır.

Bunu bu gün Trend-ə özəl açıqlamasında TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 8-ci Dövrünün sədri, UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz deyib.

O qeyd edib ki, Qarabağa səfər edənlər ordakı dağıntının miqyasını görəcəklər.

“Azərbaycanda olan bu problemi də görməliyik. UNESCO-nun buraya missiya göndərməli, araşdırmalı tədqiq etməlidir. Heç kəs demir ki, UNESCO Azərbaycanın tərəfini tutsun. UNESCO tərəfsiz, ədalətli bir qurum olaraq tədqiq etsin və bu problemlərin həlli üçün çalışsın. Heç kim də buna mane olmamalıdır.

Beynəlxalq ictimaiyyətdə ikili münasibətlərdə təcrübələri ilə Azərbaycanln yanında olmalıdır.

Çünki Azərbaycan Qarabağ regionunda minalanmış ərazilərlə insanların həyatı təhlükədədir. İnsanlığın mirasınln qorunması ilə yanaşı insan həyatınln qorunması da mühim məsələdir. Bu həssasiyyəti millət din mədəniyyər bölgüsü etmədən göstərməliyik”, - deyə Ö.Oğuz bildirib.

Xəbər lenti

Xəbər lenti