Bakı. Trend:
Fransa rəsmiləri Azərbaycana qarşı düzgün addımlar atdıqda, onların milli futbol komandası Qətərdə keçirilən dünya çempionatında uğur qazanır.
Trend xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində Azərbaycanın İsveçrədəki Səfiri Fuad İsgəndərov yazıb.
"Fransa dünya çempionatında daha böyük nailiyyətlər əldə etmək istəyirsə, o zaman bu ölkənin Azərbaycana təyin olunmuş səfiri Şuşaya getməlidir. Bura Azərbaycan dostları üçün ən uğurlu yerdir", - deyə Səfir bildirib.