...

Ermənistan regionda sülhün bərqərar olması prosesinə mane olur

Siyasət Materials 11 Yanvar 2023 15:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Vətən müharibəsində Azərbaycanın tarixi Zəfəri nəticəsində 2020-ci il 10 noyabr tarixində üçtərəfli bəyanat imzalandı. Azərbaycan bəyanatla üzərinə düşən öhdəlikləri yerinə yetirdiyi halda Ermənistan hələ də bəyanatın müddəalarını yerinə yetirməkdən yayaınır, regionda sülhün bərqərar olması prosesinə mane olur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev ötən gün yerli televiziya kanallarına müsahibəsində çox vacib məqamlara toxundu və Ermənistana və onun havadarlarına ciddi mesajlar verdi.

“Cənab Prezident qeyd etdi: “Ermənistan nə gözləyir? Yəqin ki, hansısa geosiyasi dəyişikliklər, ola bilsin ki, kiminsə ona vəd etdiyi nələrisə gözləyir. Çünki belə təəssürat yaranır ki, ona kimsə nə isə vəd edib. Ona görə ki, regionda vəziyyətin obyektiv təhlili, qüvvələr balansı və iki il bundan əvvəl baş vermiş hadisələrə, eləcə də keçən ilin sentyabr ayında baş vermiş və ya hazırda Laçın-Xankəndi yolunda baş verən hadisələrə dünyanın reaksiyası onu göstərir ki, suda batanların xilas edilməsi onların öz işidir. Biz kömək edə bilərik.

Ermənistan bu mesajlardan ciddi nəticə çıxarmalı və regionda kiminsə, hansısa kənar qüvvələrin geosiyasi vəziyyəti Ermənistanın xeyrinə dəyişəcəyi xülyasından əl çəkməlidir. Baş verən proseslər Ermənistanın ümidlərini və xəyallarını boşa çıxarır. Artıq dünya ictimaiyyəti erməni yalanlarına inanmır, Azərbaycanın regionda yaratdığı yeni reallıqla razılaşır.

Burada Ermənistan üçün yalnız bir seçim qalır, o da Azərbaycanın yaratdığı yeni reallığı qəbul edib, əməkdaşlıq etmək, sülh müqaviləsinin imzalanmasına razı olmaqdır. Əks halda Ermənistan düşdüyü çətin durumdan çıxa bilməyəcək və daha ağır böhranla üzləşməli olacaq. Bu gün Ermənistan dərin sosial-iqtisadi böhran içərisindədir və bu vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla əməkdaşlıq etmək, regionda yaranmış yeni mühitdən faydalanmaqdır”, - deyə deputat əlavə edib.

A.Həsənova vurğulayıb ki, regionda sülh prosesləri Azərbaycanın irəli sürdüyü gündəlik əsasında aparılır.

“Əgər Ermənistan hansısa qüvvələrin vəziyyəti dəyişəcəyinə inanırsa, yanılır. Ötən dövr ərzində keçirilən üçtərəfli görüşlər və görüşlər nəticəsində verilən bəyanatlar da göstərdi ki, dünya birliyi Azərbaycanın sülh gündəliyini dəstəkləyir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti