Bakı. Trend:
Gürcüstan Azərbaycan, Gürcüstan və Ermənistan liderlərinin görüşünün təşkilində maraqlıdır.
Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda "Avrasiya Orta Dəhlizi: Yoldan Magistral yola" mövzusunda panel sessiyasında çıxışı zamanı deyib.
O qeyd edib ki, Gürcüstan bu işdə neytral, qərəzsiz və obyektiv vasitəçidir.
“Bu region hər üç ölkəyə məxsus olduğu üçün biz onu imkanlar, sülh, sabitlik və firavanlıq bölgəsinə çevirə bilərik”, - deyə İrakli Qaribaşvili bildirib.