...

Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib (FOTO)

Siyasət Materials 27 Yanvar 2023 14:54 (UTC +04:00)
Misir Prezidenti Əbdülfəttah Əs-Sisi Azərbaycana səfərə gəlib (FOTO)

Bakı. Trend:

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisi yanvarın 27-də Azərbaycan Respublikasına səfərə gəlib.

Trend xəbər verir ki, Azərbaycanın və Misirin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Misir Prezidenti Əbdülfəttah Əs-Sisini hava limanında Baş nazirin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti