...

“Azİz” Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Siyasət Materials 27 Yanvar 2023 20:58 (UTC +04:00)
“Azİz” Azərbaycan səfirliyinə terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib

Bakı. Trend:

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası ölkəmizin Tehrandakı səfirliyinə qarşı terror hücumu ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Trend-in məlumatına görə, bəyanatda 27 sentyabr 2021-ci il tarixində baş vermiş hadisə İran xüsusi xidmət orqanlarının təşkil etdiyi terror aktı kimi qiymətləndirilib, bu olayın məntiqə və insanlığa sığmadığı vurğulanıb.

Terror aktı nəticəsində həlak olan səfirlik əməkdaşına görə xalqımıza başsağlığı verən “Azİz” assosiasiyası dünya ictimaiyyətini və beynəlxalq təşkilatları regionda baş verənlərlə bağlı ədalətli mövqe tutmağa, insanlıq əleyhinə cinayətlərin törədilməsinə qarşı mübarizə aparmağa, hüquqi-siyasi müstəvidə təcili tədbirlər
görməyə çağırıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti