...

Polşa XİN Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyib

Siyasət Materials 28 Yanvar 2023 13:06 (UTC +04:00)
Polşa XİN Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyib

Bakı. Trend:

Polşa Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunu pisləyir.

Trend-in məlumatına görə, bu barədə nazirliyin tvitter səhifəsində paylaşım edilib.

“Biz həlak olan şəxsin ailəsinə başsağlığı verir, xəsarət alanlar və onların ailələri ilə həmrəyliyimizi bildiririk”, - deyə məlumatda bildirilir.

Xatrıladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda terror aktı ilə bağlı istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti