...

Prezident İlham Əliyev: Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək

Siyasət Materials 2 Fevral 2023 19:43 (UTC +04:00)
Prezident İlham Əliyev: Enerji layihələri Azərbaycan-Rumıniya tərəfdaşlığını gücləndirəcək

Bakı. Trend:

Biz artıq təbii qazın nəqli məsələsində tərəfdaş olmuşuq və bu da bizim əməkdaşlığımızda mühüm mərhələdir. Lakin, birmənalı olaraq, biz əməkdaşlığımızın daha geniş miqyasını arzu edirik, nəinki enerji, o cümlədən ticari işbirliyimizlə bağlı məsələləri də əhatə etməsini istəyirik.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında deyib.

Birgə iqtisadi komissiya ötən il görüşdüyünü və bu il görüşəcəyini vurğulayan dövlətimizin başçısı bildirib: “Beləliklə, biz xüsusilə enerji gündəliyimizlə bağlı əməkdaşlıq üçün geniş perspektivləri nəzərə alaraq, komissiyanın işini intensivləşdirəcəyik. Bütün digər sahələrdə ölkələrimiz arasındakı əlaqələr çox yaxşıdır. Əlbəttə ki, enerji layihələri tərəfdaşlığımızı gücləndirəcək”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti