...

Zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən yardım etdi - Cahit Bağcı

Siyasət Materials 14 Fevral 2023 14:11 (UTC +04:00)
Zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən yardım etdi - Cahit Bağcı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyədə baş verən zəlzələdən sonra Azərbaycan beynəlxalq yardım çağırışını gözləmədən yardım etdi.

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı brifinq zamanı deyib.

O qeyd edib ki, zəlzələdən 6 saat keçməmiş Azərbaycandan yardım təyyarəsi yola düşdü.

“Eyni gün daha 3 təyyarə yardıma göndərildi. Qardaş Azərbaycanın bütün bölgələrindəki ürəklər Türkiyə ilə birgə döyündü. Kimin nəyə gücü çatırsa, Bakıdakı yardım məntəqələrinə daşıdı”, -deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti