...

Aİ “mülki missiyası”nın gəlişindən bir gün sonra atəşkəsi pozmaq gərginliyin daha da artacağını deməyə əsas verir - Könül Nurullayeva

Siyasət Materials 24 Fevral 2023 13:04 (UTC +04:00)
Aİ “mülki missiyası”nın gəlişindən bir gün sonra atəşkəsi pozmaq gərginliyin daha da artacağını deməyə əsas verir - Könül Nurullayeva

Bakı. Trend:

Artıq iki gündür, Avropa İttifaqının missiyası Ermənistanda fəaliyyətə başlayıb. Missiya regiona gələn kimi, yəni cəmi bir gün sonra erməni qüvvələri həm Ermənistan ərazisindən, həm də rusiyalı süılhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdən mövqelərimizi atəşə tutdu. Maraqlıdır ki, Azərbaycan Ordusunun Tovuz rayonu və Naxçıvan MR-nın Sədərək rayonundakı mövqeləri 15 dəfə atəşə tutulub.

Bundan başqa, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Təzəkənd yaşayış məntəqəsi, Şuşa şəhəri və Xocavənd rayonu istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Təbii ki, Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Görünən budur ki, rəsmi Bakı haqlı çıxdı. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Aİ missiyasının gəlişi regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcək. Həqiqətən də missiyanın fəaliyyətə başlamasından cəmi 1 gün sonra erməni silahlı birləşmələrinin mövqelərimizi atəşə tutması bunu bir daha təsdiqlədi.

Avropa İttifaqı bunu “mülki missiya” adlandırsa da, 100 nəfərdən cəmi 50-si silahsız müşahidəçidir. Qalanı silahlı şəxslərdən ibarətdir. Halbuki Ermənistan ölkəyə silahlı missiyanı buraxdığını daxili auditoriyadan da gizlədib. Ümumiyyətlə, Ermənistanın davranışlarından aydın görünür ki, avropalı müşahidəçilərin regionda olması İrəvanı cəsarətləndirir. Təbii ki, bu aqressiya Ermənistana baha başa gələcək. Yəni burada itirən yenə Ermənistan olacaq. Təxribat və təhdid davam etdikcə cavab da sərt olacaq.

Könül Nurullayeva

Milli Məclisin deputatı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti