...

Prezident İlham Əliyev: Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək

Siyasət Materials 18 Mart 2023 14:13 (UTC +04:00)
Prezident İlham Əliyev: Bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, müzəffər Ordumuz cavab verəcək

Bakı. Trend:

İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı nə qədər təzyiqlər oldu, Ermənistana nə qədər yardımlar göndərildi. Ermənistanın müttəfiqləri bizi müxtəlif yollarla dayandırmağa çalışırdılar.

Trend xəbər verir ki, bu sözləri martın 18-də Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Tərtər rayonunun Talış kəndində Azərbaycan xalqına müraciətində söyləyib.

“Heç kim bizim qabağımızda dura bilmədi, bu gün də dura bilmir, sabah da dura bilməyəcək”, - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizə qarşı hər bir çirkin plana güclü iradəmiz, güclü siyasətimiz, müzəffər Ordumuz cavab verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti