...

Ermənistanda insan haqlarının pozulması, siyasi rəqiblərə qarşı şiddət artmaqdadır - ŞƏRH

Siyasət Materials 27 Mart 2023 09:34 (UTC +04:00)
Ermənistanda insan haqlarının pozulması, siyasi rəqiblərə qarşı şiddət artmaqdadır - ŞƏRH
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda insan haqlarının pozulması, siyasi rəqiblərə qarşı şiddət, həbs, təqib kimi hallar getdikcə artmaqdadır. Beynəlxalq hesabatlarda da Ermənistanda insan haqları sahəsində olan vəziyyətin nə dərəcədə gərgin olduğu aydın görünür.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, ABŞ Dövlət Departamentinin Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabatında hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq, pis həbsxana şəraiti, əsassız həbslər və söz azadlığının məhdudlaşdırılması kimi hallar öz əksini tapıb.

“Hesabatda əks olunan məlumatlar Ermənistanda insan hüquqlarının kobud pozulması hallarının daha da artdığını göstərir. Zaman zaman erməni hüquq müdafiəçiləri də ölkədə insan haqlarnın pozulması hallarının daha geniş miqyas aldığını səsləndiriblər.

Ermənistandan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayı da bunu aydın şəkildə göstərir. Belə ki, 2022-ci ildə Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) müraciətlərin sayına görə ilk onluqda yer alıb. Ötən il ərzində Ermənistandan AİHM-ə edilən müraciətlərin sayı 1250 təçkil edib ki, bu da ərizələrin ümumi sayının 1,7%-ni təşkil edir. Bundan əlavə 2022-ci ildə Ermənistandan əvvəlki illə müqayisədə 111 yeni müraciət daxil olub. Müraciətlərin sayında artımın olması ölkədə insan hüquqları sahəsində vəziyyətin gərgin olmasını bir daha sübut edir”, - deyə deputat qeyd edib.

S.Hüseynova əlavə edib ki, təəssüflər olsun ki, Ermənistanda insan hüquqları sahəsində vəziyyətin bu qədər gərgin olması beynəlxalq təşkilatları narahat etmir. “Başqa vaxt hər hansı bir ölkədə kiçik bir hala ciddi reaksiya verərək məsələni şişirdilmiş formada, qərəzli şəkildə təqdim edən beynəlxalq təşkilatlar Ermənistanda bu qədər genişmiqyaslı pozuntulara göz yumur, məsələnin üzərindən səssiz keçirlər. Bu bir daha da həmin təşkilatların qəzərli münasibətini ortaya qoyur və əslində insan hüquqlarının onlar üçün ölkələrə təsir vasitəsi olduğunu göstərir”, - deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov isə Trend-ə bildirib ki, Ermənistanda siyasi-ictimai vəziyyətin və proseslərin təhlili göstərir ki, bu ölkədə davamlı olaraq insan hüquq və azadlıqları kobud surətdə pozulur.

“Hazırkı hakimiyyət müxalifətə qarşı ən sərt repressiv üsul və metodlardan istifadə edir.

Eyni zamanda Ermənistanda bir sıra ictimai fəallar və media quruluşları da tez-tez təzyiqlərə və repressiyalar məruz qalırlar. Onlardan müxalifətyönümlü olanların sərbəst fəaliyyəti davamlı olaraq məhdudlaşdırlır.

Bu məsələyə dair çoxlu sayda faktlar var. Azərbaycanın insan hüquqları monitorinqi qrupunun Ermənistanla bağlı hazırladığı hesabatda bütün bu məsələlərə dair faktlar dəqiq qeyd olunub”, - deyə deputat əlavə edib.

C.Məmmədov qeyd edib ki, ancaq təəssüflə qeyd etmək lazımdır ki, beynəlxalq insan hüquqları təşkilatları bu hüquq pozuntularını əksər hallarda görməməzlikdən gəlirlər.

“Ermənistanı demokratik ölkə kimi təqdim etməyə çalışırlar. Azərbaycanda isə baş vermiş ən kiçik hadisədən böyük bir şou düzəldirlər. Bu isə ikili standartların və qərəzin növbəti açıq təzahürüdür”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti