...

Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində Qarabağdakı vəziyyəti müzakirə edəcək

Siyasət Materials 30 Mart 2023 16:34 (UTC +04:00)
Sergey Lavrov Türkiyəyə səfəri çərçivəsində Qarabağdakı vəziyyəti müzakirə edəcək

Bakı. Trend:

Rusiyanın xarici işlər naziri Sergey Lavrov 6-7 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə deyib.

"İkitərəfli məsələlərin, o cümlədən, ticarət və energetika məsələlərinin, həmçinin, Qarabağdakı vəziyyətin müzakirə ediləcəyi gözlənilir", - o deyib.

Zaxarovanın sözlərinə görə, regional və beynəlxalq gündəlikdə duran aktual məsələlər, habelə, Suriya, Ukrayna, Mərkəzi Asiya və Əfqanıstandakı mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılacaq.

"Görüşlər zamanı geniş spektrli problemlərin, öncə qarşılıqlı maraq kəsb edən sahələrdə, o cümlədən, ticarət, energetika və turizm üzrə ikitərəfli qarşılıqlı fəaliyyətin vəziyyətinin və perspektivlərinin müzakirə olunacağı planlaşdırılır", - o deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti