...

Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb - Ceyhun Bayramov

Siyasət Materials 7 Aprel 2023 10:29 (UTC +04:00)
Qarabağa UNESCO missiyasının göndərilməsinə maneələri məhz Ermənistan yaradıb - Ceyhun Bayramov

Bakı. Trend:

Son 30 ildə Qarabağ ərazisinə UNESCO-nun araşdırıcı missiyanın göndərilməsinə maneələri məhz Ermənistan yaradıb.

Trend xəbər verir ki, bunu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində videoçıxışı zamanı Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazirin sözlərinə görə, bu yöndə gələn təklifləri Ermənistan davamlı şəkildə rədd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti