...

Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik - Gürcüstanın Baş naziri

Siyasət Materials 7 Aprel 2023 15:17 (UTC +04:00)
Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik - Gürcüstanın Baş naziri

Qəbələ. Trend:

Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik.

Trend xəbər verir ki, bunu aprelin 7-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Prezident İlham Əliyev ilə mətbuata bəyanatla çıxışı zamanı deyib.

Baş nazir bildirib:

"Onu da əlavə etmək istəyirəm ki, biz Orta Dəhliz layihəsi üzrə birgə koordinasiyalı şəkildə çalışırıq. Bizim məqsədimiz də yaxın gələcəkdə bütün maneələri aradan qaldıraraq, infrastrukturu – dəniz limanlarımızı, dəmir yollarımızı birgə inkişaf etdirməkdir. Bildiyiniz kimi, biz Gürcüstanda yeni limanın inşası üzərində çalışırıq. Bir ildən sonra biz dəmir yolunun genişləndirilməsi layihəsini həyata keçirəcəyik, Bakı-Tbilisi-Qars dəmir yolunun fəaliyyəti genişləndiriləcək və biz Orta Dəhliz vasitəsilə daha çox yüklər cəlb edə biləcəyik.

Bunu bir daha qeyd etmək istərdim ki, bizim əsas məqsədimiz regionda sülhü və sabitliyi təmin etməkdir. Regionda daha çox layihələr həyata keçirməliyik və biz işimizi gözəl qardaşlıq mühitində irəli aparacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti