...

Bayrağımıza od vuran erməni İrəvanın gələcəyini yandırdı

Siyasət Analytics 15 Aprel 2023 11:09 (UTC +04:00)
Bayrağımıza od vuran erməni İrəvanın gələcəyini yandırdı
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda bayrağımızın yandırılması Ermənistan hakimiyyətinin aylardan bəri formalaşdırmağa çalışdığı maskanı yandırdı

"Ağır atletika üzrə Avropa çempionatı dövlətimizin, xalqımızın tarixlə talenin qarşımızda qoyduqları yükləri götürməklə yanaşı, qaldırmağa və dəf etməyə hazır olduğumuzun simvoludur".

Ermənistanın baş naziri Nikol Paşinyan dünən İrəvanda ağır atletika üzrə Avropa çempionatının təntənəli açılış mərasimindəki çıxışında belə deyib.

Karen Dəmirçyan adına idman kompleksindəki çempionat Ermənistan üçün illərdən bəri davam edən beynəlxalq idman tədricindən çıxış yolu ola bilərdi.

Olmadı.

İllərdir ki, Ermənistanda beynəlxalq səviyyəli nüfuzlu idman yarışları keçirilmir və bu səbəbdən hazırkı çempionat İrəvanın çirklənmiş simasının azacıq da olsa, normaya qayıdışı istiqamətində kiçik addıma çevrilməli idi.

Tam əksi baş verdi.

Baş nazir Nikol Paşinyanın da iştirak etdiyi təntənəli açılış mərasimində Azərbaycan bayrağı yandırıldı.

Çempionatda iştirak edən yığmaların səhnədə təqdimatı zamanı əlində Azərbaycan bayrağı tutmuş şəxs yeriməyə başlayanda zaldan bir nəfər qaçaraq səhnəyə çıxıb, öz əlindəki qaz balonu yandıraraq bayrağımıza od vurub.

Bu şəxs çempionatın təşkilat komitəsinin üzvü, dizayner-stilist Aram Nikolyan idi.

Yandırılmış bayraq yenisi ilə əvəzləndi, müşafizə xidmətinin əməkdaşları A.Nikolyanı tutaraq polisə təhvil verdilər.

O, İrəvanın Matalya-Sebastiya rayonunu polis idarəsinə aparıldı, lakin az sonra azadlığa buraxıldı.

Həmin məxluq da polis idarəsinin qarşısında kameralar qarşısında poza verərək dedi: "Niyyətim və məqsədim İrəvanda Azərbaycan bayrağının dalğalanmasına, erməniləri hansısa situasiyaya öyrətmək və məcbur etməklə bağlı kiminsə yanlış xəyala düşməsinə imkan verməmək idi".

Ermənistan parlamentinin deputatları, jurnalistlər, bloqerlər polis idarəsinin qarşısına yığşaraq kortəbii mitinq təşkil etmiş, A.Danielyanın dərhal azadlığa buraxılmasını tələb etmişdilər.

Sosial şəbəkələrdə isə cuşa gəlmiş ermənilər bayrağımıza od vuran cinayətkarı qəhrəman elan etdilər.

Xatırladaq ki, Azərbaycan yığması qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq.Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), Ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış etməli idilər.

Lakin bu gün başlayaraq aprelin 23-dək davam edəcək çempionatda ağır atletlərimiz mübarizə aparmayacaqlar.

Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi baş vermiş çirkin olayla bağlı birgə bəyanat qəbul ediblər.

Bəyanatda deyilir: "2023-cü il aprelin 14-də Ermənistanın paytaxtı İrəvan şəhərində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı rəsmi akkreditasiya olunmuş şəxs tərəfindən nümayişkəranə şəkildə yandırılıb. Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir".

“Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Bunu isə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.

O bildirib ki, bu cür nifrət aksiyasına qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir: "Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!”.

Dünən axşam saatlarında yaşanış insidentdən sonra təcioi olaraq yığmamız üçün İrəvan-Antalya aviareysinə biletlər alındı. Gecə saat 02.55 radələrində yığmamızın üzvləri İrəvandan Türkiyənin Antalya şəhərinə yola düşməli, oradan da Bakıya qayıtmalı idilər.

Lakin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları və polislər "təhlükəsizliyin təminatı" adı ilə yığmamızı oteldən buraxmayıblar.

Yığmamız hələ də oteldə faktiki olaraq girov vəziyyətindədir.

Baş verənlər Ermənistanın aqressiv millətçilik, şovinizm ritorikasına qapılaraq bu çox təhlükəli davranışdan və sosial koddan əl çəkmədiyini, rəsmi İrəvanın isə bütün bəyanatlarına rəğmən ölkədəki revanşist və zooloji millətçi, "hayizm" bəlasın mübtəla olmuş qrupların fəaliyyətini təqdir etdiyini göstərir.

Ermənistanda Azərbaycan əsgərinə vəhşicəsinə işgəncələr verilməsnin əks olunduğu videogörüntülərin yayılmasının ertəsi günü İrəvanda bayrağımıza od vurulması təsadüflər seriyası sayıla bilməz.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının televiziya ilə beynəlxalq aləmə canlı yayımlanan açılış mərasimində Ermənistan İctimai Televiziyasının əməkdaşı, bu ölkədə tanınmış dizayner, çempionatın təşkilat komitəsinin üzvü Aram Nikolyanın bayrağımızı nümayişkaranə şəkildə yandırması çempioantın təhlükəsizliyinin təminatının faktiki olaraq yoxluğu ilə yanaşı, ermənilərdə xalqımıza və dövlətimizə nifrətin bariz təzahürü saylıa bilər.

Nikol Paşinyanın rəhbərlik etdiyi ölkənin mövcud qanunvericiliyində xarici ölkənin dövlət simvollarına qarşı hörmətsizliyin cinayət sayılmasına rəğmən, polis beynəlxalq ictimaiyyətin gözü qarşısında cinayət törətmiş bu şəxsi elə həmin gün, gecə saatlarında azadlığa buraxır və A.Nikolyana qarşı heç bir (!) ittiham irəli sürülmür.

Üstəlik, millətçi və bayrağımızı yandırmaq təki nifrətə köklənmiş idiotizmi gerçəkləşdirən məxluq Ermənistanda az qala "milli qəhrəman" sayılır.

ütün bunlar Ermənistanda Azərbaycana qarşı dövlət tərəfindən dəstəklənən və sistemli şəkildə aparılan etnik nifrət siyasətinin və Azərbaycanofobiyanın aşkar nümunəsidir.

Ermənistanda belə ictimai nifrət akltlarını təşkil edənlər Azərbaycanla azərbaycanlıraa qarşı nifrəti, dözülməzliyi daha da artırmaq, nifaqı gücləndirmək və ölkədə qorxu, xof mühitği yaradaraq Azərbaycanlı yekun sülh sazişinin imzalanmasını əngəlləməyi hədəfləyirlər.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsini "failed state", yəni "itirilmiş dövlət" statusundan qurtararaq normal yaşama qaytarmağı düşünürsə, azərbaycanlılara qarşı nifrət və ayrı-seçkiliyi aşılayan siyasət və praktikasını dərhal dayandırmalı, soydaşlarımıza qarşı cinayət törətmiş şəxsləri ədalət məhkəməsinə təslim olunmasını təmin etməli, belə yaramazların "qəhrəman"a döndərilməsi aktlarına son qoymalıdır.

Dünən İrəvandakı mərasimdə baş vernələri Dünya Ağır Atletika Federasiyasının prezidenti Məhəmməd Cəlud və Avropa Ağır Atletika Federasiyasının sədri Antonio Konflitti də izləyiblər.

Bayrağımıza od vurulması, yığmamızın oteldə faktiki girov qismində saxlanılması adlarını çəkdiyimiz şəxslərin də fəaliyyətinin göstəricisi sayıla bilər.

M.Cəlud və A.Konflitti təcili, təxirəsalınmaz şəkildə müvafiq qərarlar verməli, İrəvanda yaşanan rüsvayçı millətçilik və düşmənçilik aktlarına rəsmi qiymət verməlidirlər.

İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması kimi vandal hərəkətə sosial şəbəkələrin erməni seqmentində dəstək verilməsi və bu hadisənin Ermənistan mediasında qınanmaması, silahsız hərbçimizə qarşı törədilən vəhşilik, qeyri-insani hərəkətlər, bundan öncə də dəfələrlə şahidi olduğumuz erməni vəhşilikləri göstərir ki, bütün bunlar Ermənistanda dövlət siyasətinin tərkib hissəsidir.

Ona görə də, Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı rəsmi səviyyədə müzakirəni məhdudlaşdırmaq mümkün deyil.

Ermənistan ilk əvvəl normal etik davranış qaydalarını, beynəlxalq yarışların təşkilatını və ən nəhayət, rəsmilərin yanaşma tərzini öyrənməlidir.

Xatırladaq ki, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarında boks yarışlarında medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxıb.

Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.

İrəvanla Bakıdakı təşkilatçılığın səviyyəsi, mədəniyyət və siyasi etika fərqini biz bilirik - Avropa və dünya görməli, anlamalıdır.

Rəsmi Bakının Beynəlxalq Ağır Atletika Federasiyasına və Beynəlxalq Olimpiya Komitəsinə şikayətlə müraciət etməsi qaçılmazdır.

Çünki Ermənistan Avropa çempionatı kimi mötəbər yarışa ev sahibliyi etmək iqtidarına və potensialına malik olmadığını sübut etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti