Ermənistan və ümumiyyətlə, ermənilər əsl xislətlərini bir daha nümayiş etdirdilər. Millətçi və ksenofob olduqlarını, Azərbaycana və azərbaycanlılara qarşı düşmənçiliyin səngimədiyini nümayiş etdirən İrəvan nə etdiyinin fərqində deyil.
Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı daha bir təxribat törədilib.
Karen Dəmirçyan adına idman-sərgi kompleksindəki arenada beynəlxalq idman yarışında təmsil edilən dövlətlərin bayraqları arasında yalnız Azərbaycan və Türkiyənin dövlət bayraqları bir neçə hissəyə parçalanmış şəkildə asılıb.
Daha sonra çempionata qatılan ölkələrin hamısının bayraqlarını qaldırılıb, Azərbaycan bayrağından savayı.
Baş verənlər Ermənistanda etnik nifrət və ayrı-seçkilik siyasətinin davam etdiyinin aşkar təzahürü olmaqla yanaşı, İrəvandakı turnirdə baş verənlərlə bağllı gərəkən addımların atılması mütləqdir.
Dünya və Avropa Ağır Atletika federasiyaları Ermənistanın təşkil etdiyi çempionatda milli, dini və etnik zəmində aşkar dözülməzlik, ksenofobiya və islamofobiya, Azərbaycana qarşı nifrət təzahürlərini sərt qınamalıdır.
İndiyədək səslənmiş bəyanatlar və açıqlamalar sadəcə, çempionatda konkret fərdin xuliqanlığının dəyərləndirilməsi müstəvisində səslənən fikirlərdir.
Halbuki bayrağımızın yandırılması, sonra parçalanması, sonda isə ümumiyyətlə, götürülməsi nümayişkaranə şəkildə atılmış addımlardır və Ermənistan bu əməllərinə görə beynəlxalq hüquq, habelə dünya idman təşkilatlarının fəaliyyət prinsipləri çərçivəsində cavab verməli, məsuliyyət daşımalıdır.
Xatırladaq ki, Ağır atletika üzrə növbəti Avropa çempionatının İrəvanda keçirilən və canlı yayımlanan açılış mərasimi zamanı beynəlxalq ictimaiyyətin gözü qarşısında Azərbaycan bayrağı turnirin təşkilatçılarından olan şəxs tərəfindən nümayişkaranə şəkildə yandırılıb.
Həmin şəxs Ermənistanın İctmai Televiziyasının departament rəhbəri, ölkənin tanınmış stilisti, sözügedən çempionatın təşkilat komitəsinin üzvü Armen Nikolyandır.
A.Nikolyanın səhnəyə qaçaraq bayrağımızı yandırmasından sonra tutularaq polis idarəsinə aparılması və sonra azad buraxılması, ona qarşı heç bir ittiham irəli sürülməməsi rəsmi İrəvanın mövqeyi kimi qəbul edilməlidir.
Təbii, anlaşılandır ki, bayrağımıza qarşı barbarlıq Ermənistan vətəndaşlarının əksəriyyəti və dünyanın müxtəlif yerlərində yaşayan ermənilər tərəfindən "qəhrəmanlıq", "cəsur əməl" kimi dəyərləndirildiyindən Ermənistanın baş naziri Nikol Paşinyan stilist A.Nikolyanı cəzalandırmaqdan çəkindi.
Paşinyan cəmiyyətdə rezonans yaratmış bu olaydan faydalanmağa çalışdı: belə olan təqdirdə, barbar A.Nikolyanın məsuliyyətə cəlb edilməsi ermənilərdə narazılıq yaradardı.
Bununla belə, N.Paşinyan Qərb qarşısında "sivil imic"də görünmək üçün rəhbərlik etdiyi siyasi təşkilatın parlamentdəki bir neçə mənsubuna, habelə 4 məmura olayı qınamağı və üzrxahlıq etməyi" tapşırdı.
Məhz bu səbəbdən deputat Arpi Davoyan "Bayraq yandıranlar və onlarla fəxr edənlərə görə biz illərlə geri düşmüşük: əgər bayrağın yandırılması qəhrəmanlıqdırsa, o zaman həqiqi qəhrəmanlardan daha heç vaxt danışmayın" dedi.
Daha sonra isə Ermənistanda iqtidarda olan "Vətəndaş Sazişi"ndən olan deputat Ovik Ağazaryan Azərbaycan bayrağının yandırılması ilə əlaqədar beynəlxalq ictimaiyyətdən üzr istədi və qeyd etdi ki, o, "mənim millətimdən vəhşi və adamyeyən tayfalara xas olan təzahürləri tamamilə silmək" üçün əlindən gələni etməyib.
Fəqət bütün bunlar Nikol Paşinyanın göstərişi ilə gerçəkləşən çox bəsit, primitiv operetta təsiri bağışlayır.
Ayrı-ayrı mizan-səhnələr heç bir halda bütöv ssenari təşkil etmir və məlum səbəbdən Ermənistanda cəmiyyətdə hakim fikir İrəvan iqtidarının "üzrxahlıq"larıyla pərdələnmir.
Ermənistanın paytaxtı İrəvanda keçirilən Ağır atletika üzrə Avropa çempionatında Azərbaycan və Türkiyəyə qarşı növbəti təxribat törədilib.
Ermənilər çempionatın açılış mərasimində bayrağımıza od vurulmasını "bir şəxsin xuliqanlığı və insident" kimi qələmə verməyə çalışırlar, bunun Ermənistanın yürütdüyü dövlət siyasəti olmadığını deyirlər və s.
Bəs yaxşı, bugünkü təxribatı da stilist Nikolyan eləyib? Yoxsa Karen Dəmirçyan adına idman kompleksinin arenasında hansısa erməni damın altına çıxaraq "emosiyaların öhdəsindən gələ bilməyib" və Azərbaycanla Türkiyənin bayraqlarını doğrayıb?
Belə deyil.
İşkəncələrə məruz qalmış əsgərimihin başına təpik vurulduğu anların əks olunduğu videonun yayılması, sonra çempionatda bayrağımıza od vurulması, bayrağın parçalanması və axırda da götürülməsi bir planın tərkib hissələridir.
İfrata vardırılan şovinizm, zooloji səviyyəli millətçilik, etnik zəmində radikal dözülməzlik və absurd eqoizmlə uydurulma tarixə əsaslanan marazmatik üstünlük hisslərindən ibarət olan "hayizm" erməni cəmiyyətinin sümük iliyinə işləyib.
Eyni zamanda, Ermənistanın sabiq prezidentləri Robert Köçəryanla Serj Sarqsyan da situasiyanı gərginləşdirmək və Nikol Paşinyanın sosial-elektoral bazasını zəiflətmək üçün İrəvan hakimiyyətinə qarşı informativ-hibrid savaş aparırlar.
Əsgərimizllə bağlı görüntülərin yayılması, sonra da çempionatda yaşananlar Paşinyan hakimiyyəti ilə erməni cəmiyyətinin məzmununu aşkarlayan lakmus kağızları rolunu oynadısa, Azərbaycana qarşı düşmənçiliyin turnirdə isteriya həddinə çatdırılmasında Köçəryan və Sarqsyan tandeminin əli də hiss olunur.
Ehtimallar güclüdür, lakin hər şeyə rəğmən, bayrağımıza qarşı barbar davranış erməni cəmiyyətinin hələ də illüziyaların əsiri olaraq qaldığını, reallıqlarla barışmaq istəməyərək fantom ağrılarda qıvrıldığını göstərir.
Erməni cəmiyyəti mütləq müalicə edilməlidir.
Xəstə vücuda ilk inyeksiya isə Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinin imzalanması olmalıdır, olacaq da.
Uzun zaman tələb edəcək müalicə onda başlayacaq.
İrəvanda ermənilərin od vurduqları və parçaladıqları bayrağımız indi postlarda, mövqelərdə dalğalanır. Bir müddət sonra isə o bayraq hazırda erməni işğalında olan 8 kəndimizdə, Qərbi Zəngəzurda, habelə Xankəndində, Ağdərədə, Xocalıda, Əsgəranda dalğalanacaq.
Buna ermənilər əsla şübhə etməsinlər.