Bakı. Trend:
Prezident Kasım-Jomart Tokayev Alim Bayeli Qazaxıstanın Azərbaycanda yeni səfiri təyin edib.
Trend-in məlumatına görə, A.Bayel Azərbaycanda səfir təyin olunana qədər Qazaxıstanın İstanbuldakı baş konsulu olub.
Qeyd edək ki, bundan əvvəlki səfir Serjan Abdıkərimov Qazaxıstan Prezidentinin sərəncamı ilə vəzifəsindən azad edilib.