...

Udduğunu düşünən ermənilər uduzdular

Siyasət Analytics 19 Aprel 2023 16:09 (UTC +04:00)
Udduğunu düşünən ermənilər uduzdular
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla yekun sülh sazişi imzalanması prosesini uzadan İrəvan vaxt udduğunu düşünsə də, bütün imkanları tükədərək özünü geosiyasi dalana salır.

Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində deputatlar qarşısında çıxışı aktyorluq sənəti baxımından peşəkar ifa olsa da, məntiq və xüsusilə də siyasət prizmasından baxıldıqda diplomatik degeneratizmin barizm nümunəsi oldu.

"Ermənistan Respublikası hökumətinin proqramının 2022-ci ildə reallaşdırılması haqqında" adlanan məruzəni Nikol Paşinyanın administrasiyası həmişə olduğu kimi, "yeni mərhələ", "ölkə siyasətinin yeni üfüqləri" kimi təqdim etsələr də, yeni olan ermənilərin baş nazirinin köynəyindəki düymələr idi.

Adətinə xilaf çıxan və hispetr təsiri bağışlayan Paşinyan bu dəfə çəhrayıya çalan düymələrlə tribunada idi.

Vəssəlam - siyasi, geosiyasi, iqtisadi, mədəni, mənəvi və hətta atletik innovasiya bu idi.

"Mən Ermənistanın gələcəyinə inanan insanlar qarşısında müstəsna məsuliyyətimizi qeyd etməliyəm. Bu gələcəyə şübhə edən bütün insanlar qarşısında da məsuliyyətimizi qeyd etməliyəm. Bu tarixi dövrdə bu məsuliyyət yalnız bir təzahür edə bilər - bu, sülhdür. Bu, bütün dörd qonşu ilə münasibətlərin normallaşması deməkdir”, - Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumətin hesabatını təqdim edərkən deyib.

O qeyd edib ki, yalnız İran və Gürcüstanla münasibətlərin dərinləşməsinə ehtiyac olduğu üçün sülh Azərbaycan və Türkiyə ilə münasibətlərin tənzimlənməsi deməkdir.

"Əsas məsələ bunun nə dərəcədə real və mümkün olmasıdır. Bu məsələnin iki tərəfi var. Birincisi, dünya təkbaşına qurulmadığına görə, Azərbaycanın fəaliyyəti və siyasəti nə dərəcədə sülhə yönələcək, ikincisi, xüsusilə 44 günlük günlük müharibədnmsonra. - Əəgər kompromislər əldə olunarsa, o zaman bu, Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq və bu kompromislərin ağrılı şəkildə həyata keçirilməsinə nə dərəcədə imkan verəcəklər”, - Paşinyan bildirib.

Daha sonra Paşinyan "Ermənistan və region üçün sülh formulu"nu açıqlayıb.

Onun sözlərinə görə, sülh beynəlxalq ictimaiyyət Ermənistanın ərazisini tanıdığını, İrəvan isə digər ölkələrə qarşı iddialarının olmaması barədə bəyanat verəndə gələcək: "Ermənistanın bütün qonşuları ilə normal münasibətlərə ehtiyacı var. Əgər Gürcüstan və İran məsələsində əməkdaşlığın dərinləşdirilməsindən danışırıqsa, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmaqdan söhbət gedir".

Paşinyan parlamentdə qeyd edib ki, əgər Ankara və Bakı da sülhün möhkəmlənməsinə yönəlibsə, bunu real vəzifə hesab edir.

"Sərhəddəki qeyri-sabitlik, Ermənistanın təhlükəsizlik sisteminin zəifliyi, dünya nizamının dağılması kontekstində on minlərlə vətəndaş mənzillər alır, minlərlə investor mənzillər tikir. Niyə bunu edirlər?! Fikrimcə, bu, bir şeyi nəzərdə tutur və ifadə edə bilər: insanlar hakimiyyətin sülhpərvər gündəminə inanırdılar, əmindirlər ki, sülh olacaq və öz vətənlərində xoşbəxt yaşamaq, yaratmaq imkanları olacaq. Əks halda bunun mənası yox idi. mənzil almaqda və ya tikməkdə. Xalq hakimiyyətin “Apağa ka” şüarına inanır", - ermənilərin "Nikol Davacan", yəni "Xəyanətkar Nikol" dedikləri baş nazir söyləyib.

Daha sonra Paşinyan Ermənistanı başqa ölkələrə qarşı ərazi iddialarından həmişəlik imtina etməyə çağırıb: "Beynəlxalq münasibətlərimizdə nəinki bu gün, həm də gələcək üçün müəyyən etsək ki, biz Ermənistan üçün 29,8 min kvadrat kilometr ərazini, daha doğrusu, Ermənistan SSR ərazisini tanıyırıq ki, bizim müstəqillik qazandığımız və tanıyırıq. Bizim başqa ölkələrə qarşı ərazi iddialarımız olmayıb və olmayacaq”.

O, bəyan edib ki, bu fikir əhalinin psixologiyasında sabitləşməsə, Ermənistanın inkişafına heç kim imkan verməyəcək: "Heç kim razılaşmayacaq ki, biz bu qüvvəni başqalarına qarşı yönəltmək, ölkəmizin ərazilərini genişləndirmək üçün inkişaf edirik, güclənirik. Üstəlik, bu vəziyyətdə başqalarının gündəmi inkişafımıza, dövlətçiliyimizə maneələr yaratmaqdan ibarət olacaq. ", - Paşinyan bildirib.

O, belə bir vəziyyətdə Ermənistana heç kimin kömək etməyəcəyini bəyan edib: "Bu o deməkdir ki, inkişafımızın strateji vəzifəsi ölkəmizin rifahını və təhlükəsizliyini təmin etmək üçün regionla harmonik və dinc yanaşı yaşamaq olmalıdır".

Nikol Paşinyan əvvəllər də olduğu kimi, Ermənistanın indiki inzibati-dövlət ərazisinin sahəsinin 29800 kvadrat kilometr olduğunu söyləyərək daxili siyasi auditoriyaya hesablanmış bəyanatla çıxış edib.

Pis bəyanat sayılmazdı - bir şərtlə ki, regional sülh, sərhədlərin qarşılıqlı həkildə tanınması və s. ilə bağlı sözlərdən sonra Nikol Paşinyan məntiqi ardıcığıllığı davam etdirərək Ermənistan Konstitusiyasına düzəliş və əlavələrin zəruriliyindən bəhs etməlidir.

Çünki Ermənistan Konstitusiyasında bu süni ölkənin Azərbaycan ərazilərinə, Qarabağa ərazi iddiaları yer alıb.

Süni dövlətin əsas qanunundakı şovinist maddənin dəyişdirilməsi və ya əlavələrin edilməsi isə çətin prosesdir, çünki elə həmin Konstitusiyada bəhs etdiyimiz 1-ci maddənin dəyişdirilməsinin mümkünsüzlüyü vurğulanıb.

Nikol Paşinyan Ermənistanın sülhməramlı niyyətlərindən, münaqişəni dinc danışıqlar vasitəsilə həll yollarının arayışında İrəvanın çox maraqlı olmasından, regional nəqliyyat kommunikasiyalarının bərpasından və s. kimi problemlərdən istədiyi qədər danışa bilər. Lakin onun erməni sosiumundaə əsrlərdən bəri formalaşmış naqis paradiqmanı asanlıqla dəyişə biləcəyi ilə bağlı ifrat nikbin açıqlamaları qətiyyət inandırıcı təsir bağışlamır.

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında bayrağımızın yandırılması, sonra dəfələrlə bayrağımıza sayğısızlıq edilməsi, Paşinyan komandasındakı yüksəkçinli məmurların revanşist və aqressiv ritorikasının davam etməsi, erməni cəmiyyətindəki "qisas" duyğusu, sabiq prezidenilər Robert Köçəryanla Serj Sarqsyanın hakimiyyətə qayıtmaq üçün bütün vasitələri işə salmaları, diasporun Ermənistanın daxili siyasi arenasına müdaxilələrinin dəfələrlə güclənməsi, Rusiya və İran emissarlarının İrəvanda aktivləşmələri və s. - bütün bunlar Ermənistanda revanşist qüvvələrin yenidən fəallaşmalarını göstərir.

Nikol Paşinyanın zahirən "sülhməramlı" bəyanatlarına rəğmən situasiyanın istənilən məcrada və istiqamətdə dəyişə biləcəyinə hazır olmalıyıq.

Ermənistan və ermənilər isə bir gerçəyi birdəfəlik anlamalıdır: yekun sülh müqaviləsi imzalanacaq, Zəngəzur dəhlizi layihəsi gerçəkləşəcək. Qarabağdakı ermənilərin hüquqlarının və təhlükəsizliyinin təminatı ilə bağlı bütün məsələlərsə yalnız Bakı ilə qarabağlı ermənilərin nümayəndələrinin birbaşa danışıqlarında, Azərbaycan Konstitusiyası çərçivəsində həll olunacaq.

Qarabağlı ermənilərin seçim imkanlarısa xeyli məhdudlaşıb: onlar ya Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin bütün vətəndaşları kimi mövcud qanunvericiiklə tənzimlənən cəmiyyətdə yaşayacaqlar, ya da özlərinə başqa yaşayış məkanı aramalı olacaqlar.

Nikol Paşinyan isə sözdə rəsmi Bakının mövqeləri və şərtləri ilə razıdır, çünki İrəvanın başqa yolu yoxdur. Ötən il Praqada və Soçidə keçirilmiş müzakirələrlə danışıqlarda N.Paşinyan bəyan etmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyü ilə suverenqlimyini tanıyır. Yəni o, mövcud problemlərin 1991-ci ildə imzalanmış Almata bəyannaməsi əsasında nizamlanmasına razılaşıb.

Bu səbəbdən də Nikol Paşinyan növbəti dəfə parlamentdə çıxış edəndə Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan etməli və məhz bu prinsip əsasında Bakı ilə sülh sazişi imzalamağa hazır olduğunu göstərməlidir.

Xankəndində özlərini "hökumət" adlandıran təlxəklər yığnağı isə birdəfəlik dərk etməlidirlər ki, Azərbaycanı səbri sonsuz deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti