...

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak etmək qürurvericidir - Sahil Kərimli

Siyasət Materials 27 Aprel 2023 14:25 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak etmək qürurvericidir - Sahil Kərimli

Bakı.Trend:

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı ağacəkmə aksiyasında iştirak etmək qürurvericidir.

Bunu Trend BİA-ın direktor müavini Sahil Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş ağacəkmə aksiyasında deyib.

O bildirib ki, ağacəkmə aksiyasında iştirak etmək çox qürurvericidir.

“Məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ümummilli Liderin təbiətə, yaşıllıqlara qayğı ənənələrini davam etdirməkdir. Əlbəttə ki, belə bir aksiyanı təşkil etdiyinə görə Ekologiya və Təbii sərvətlər nazirliyinə öz təşəkkürümü bildirirəm. Belə aksiyaların təşkil olunması çox müsbət haldır. Ağacəkmə aksiyalarının tez-tez keçirilməsi ekologiyaya da öz müsbət təsirini göstərir”,-deyə S. Kərimli qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti