...

Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişib

Siyasət Materials 28 Aprel 2023 13:14 (UTC +04:00)
Dövlət əmlakının özəlləşdirilməsi qaydası dəyişib

Bakı. Trend:

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi üçün nəzərdə tutulan sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan əldə etmək mümkün olduqda, həmin sənədlər və ya məlumatlar icarəçi, hərracda iştirak etmək istəyən şəxslərdən və sifariçidən tələb edilməyəcək. Belə sənədləri və ya məlumatları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə etmək mümkün olmadığı hallarda onların təqdim edilməsi icarəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət qurumundan tələb olunacaq və ya icarəçi, hərracda iştirak etmək istəyən şəxsl və sifarişçi tərəfindən təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti