...

Azərbaycan xalqı dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi - Ərdoğan

Siyasət Materials 29 Aprel 2023 13:47 (UTC +04:00)
Azərbaycan xalqı dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi - Ərdoğan
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan xalqı dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi.

Trend-in məlumatına görə bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Teknofest" festivalında çıxışı zamanı deyib.

"Təməlini biraz əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə atdığımız Kahramanmaraşdakı mənzillər üçün bir daha Preizdent İlham Əliyevə çox təşəkkür edirəm. Azərbaycan xalqı dostluğun və qardaşlığın nə demək olduğunu göstərdi. Bir siyasətçi üçün ən böyük xoşbəxtlik əməklərinin boşuna olmadığını görməsidir. Biz Türkiyə texnologiyanı inkişaf etdirmək üçün çox əmək sərf etdik", - deyə R.T. Ərdoğan bildirib.

Qeyd edək ki, milli texnoloji həmlə konsepsiyası ilə texnologiya sahəsində sürətlə inkişaf edən Türkiyənin altıncı ildir təşkil etdiyi builki “TEKNOFEST” festivalı aprelin 27-də start götürüb. Mayın 1-dək davam edəcək festival Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vəqfi), Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı, qardaş ölkənin milli texnoloji sistemində mühüm rol oynayan dövlət, özəl, elm və media qurumlarından ibarət 120-dək qurumun tərəfdaşlığı ilə keçirilir. İldən-ilə genişlənən “TEKNOFEST”də beş gün ərzində texnologiya, elm, aviasiya-pilotaj nümayişləri, sərgilər, konfranslar, texnoloji yarışlar, mükafatlandırma mərasimləri və digər tədbirlər təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti