...

Beynəlxalq konfrans iştirakçılarının olduğu təyyarə Füzuli hava limanında enib (FOTO)

Siyasət Materials 3 May 2023 08:28 (UTC +04:00)
Beynəlxalq konfrans iştirakçılarının olduğu təyyarə Füzuli hava limanında enib (FOTO)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Füzuli. Trend:

Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiyanın geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda beynəlxalq konfransın iştirakçılarının olduğu təyyarə Füzuli Beynəlxalq Hava Limanında eniş edib.

Bu barədə çərşənbə günü Trend-in Füzulidəki müxbiri xəbər verir.

Səfərdə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel, Özbəkistan Ali Məclisinin sədrinin birinci müavini Sadıq Safayev, Trend BİA tərəfindən Fransada təsis edilmiş "Lagazetteaz.fr" qəzetinin baş icraçı direktoru Jan-Mişel Bryun və digər qonaqlar iştirak edirlər.

Daha sonra konfrans iştirakçıları Şuşa şəhərinə yola düşəcəklər.

Qeyd edək ki, 2-4 may tarixləri ərzində Bakıda və Şuşada keçirilən beynəlxalq konfransda 30-dan çox ölkədən 60-dək nümayəndə iştirak edir.

Konfransın ilk günü, mayın 2-də ADA Universitetində panel müzakirələri keçirilib. Müzakirələrdə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin keçmiş müavini Devid Merkel, Özbəkistan Ali Məclisinin sədrinin birinci müavini Sadıq Safayev, Gürcüstanın ABŞ və Kanadakı keçmiş səfiri Tedo Caparidze, ADA Universitetinin rektoru Hafiz Paşayev, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və digərləri iştirak ediblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti