...

Prezident İlham Əliyev: Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır

Siyasət Materials 28 May 2023 12:44 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə hərəkət tam nəzarət altındadır

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü prinsipi əsas tutularaq sülh müqaviləsi imzalanmalıdır. Biz lazımi addımlar ataraq bu gün Qarabağda Rusiya sülhməramlı missiyasının nəzarətində olan ərazilərdə istədiyimizə nail olmuşuq.

Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səsləndirib.

Aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin qoyulması ilə ərazi bütövlüyü məsələlərinin birdəfəlik həll olunduğunu söyləyən dövlətimizin başçısı deyib: “Onsuz da İkinci Qarabağ müharibəsi nəticəsində ərazi bütövlüyümüz bərpa edilmişdir. Ancaq sərhəd-buraxılış məntəqəsi son məntəqə idi ki, Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə və əks istiqamətə oradan nəzarətsiz hərəkət var idi. Hərəkət indi də var, amma tam nəzarət altındadır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti