...

Azərbaycana dəstəyinə və yardımına görə minnətdarıq - Ukrayna səfiri

Siyasət Materials 9 İyun 2023 17:34 (UTC +04:00)
Azərbaycana dəstəyinə və yardımına görə minnətdarıq - Ukrayna səfiri

Bakı. Trend:

Dost Azərbaycan xalqına növbəti dəfə sizin qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımı hiss etdiyimizə görə çox minnətdarıq.

Trend cümə günü xəbər verir ki, bu barədə jurnalistlərə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Ukraynalı diplomat qeyd edib ki, Kaxovka su elektrik stansiyasının dağıdılması texnogen fəlakətə səbəb ola bilər.

“Əslində vəziyyət çox gərgindir, çünki bütün yaşayış məntəqələri su altında qalıb. Təxminən 60.000 kvadrat kilometr ərazidə yerləşən yüzə yaxın şəhər və kənddən söhbət gedir.

Suvarma sistemi dağıdılıb və bu, təxminən yarım milyon kvadrat kilometr ərazidə quraqlıq baxımından ciddi nəticələrə səbəb ola bilər. Xilasetmə işləri dostlarımızla birgə aparılır. Əlaqədar qurumlar, yerli sakinlər və ordu çalışır.

Biz dost Azərbaycan xalqına çox minnətdarıq, bir daha qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyinizi və köməyinizi hiss edirik. Bu gün bu yardım Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bu bizə çox lazım olan yardımdır. Bundan başqa, Azərbaycan tərəfi 20 ton yanacaq ayırıb ki, bu da xilasetmə əməliyyatlarında iştirak edən nəqliyyat vasitələri üçün çatdırılacaq", - səfir deyib.

Qeyd edək ki, Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib. Humanitar yüklər təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti