...

Ermənistanda əsir götürülən əsgərimizə "HÖKM OXUNDU" - Saxta ittihamlarla 20 il iş kəsildi

Siyasət Materials 21 İyun 2023 17:18 (UTC +04:00)
Ermənistanda əsir götürülən əsgərimizə "HÖKM OXUNDU" - Saxta ittihamlarla 20 il iş kəsildi

Bakı. Trend:

Ermənistanda əsir saxlanılan Azərbaycan hərbçisi Hüseyn Axundova hökm oxunub.

Trend "Sputnik Armenia"ya istinadən xəbər verir ki, Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu Ermənistan tərəfindən əsir götürülüb.

Qeyd edək ki, Azərbaycan ordusunun əsgəri Hüseyn Axundov əsassız iddialarla təqsirləndirilib. O, güya Sünik rayonunda 57 yaşlı asayiş keşikçisini “qətlə yetirib".

Aqşin Bəbirov və Hüseyn Axundov “Ermənistanın dövlət sərhədini qanunsuz keçməkdə, odlu silah və döyüş sursatı daşımaqda" ittiham olunurlar, onlar həbs edilib.

Hüseynin Ermənistanda əsir götürüldüyü kadrlarından əslində hər şey gün kimi aydındır. Ona qarşı olan təzyiqi, zor tətbiqini, işgəncəni yayılan kadrlarda açıq-aşkar Hüseynin hər halından bəlli idi. Lakin təəssüf ki, "insan haqlarından" dəm vuran beynəlxalq təşkilatlar, özlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi qələmə verməkdən yorulmayan dövlət və dövlət başçıları Azərbaycan əsgərinə qarşı olan işgəncə görüntülərinə bu zamana kimi heç bir reaksiya vermədilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti