...

Diplomatik korpus nümayəndələri Laçın şəhərinə gəliblər (FOTO)

Siyasət Materials 24 İyun 2023 11:21 (UTC +04:00)
Diplomatik korpus nümayəndələri Laçın şəhərinə gəliblər (FOTO)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Laçın. Trend:

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçın şəhərinə gəliblər.

Trend xəbər verir ki, nümayəndə heyətinin tərkibinə akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe daxildir.

Qonaqlar Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar. Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirəcəklər. Bundan əlavə, diplomatik korpus nümayəndələrinin Laçında qurulmaqda olan Aqro Sənaye Parkını ziyarəti də nəzərdə tutulub.

Xarici diplomatlara Həkəri çayının sahilində salınan “Laçın bulvarı” haqqında da ətraflı məlumat veriləcək.

Səfəri çərçivəsində diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır. Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə gedəcəklər. Onlara Ağalıda tətbiq edilən “ağıllı kənd” konsepsiyası haqqında məlumat verilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti