...

Xarici diplomatlar Laçın sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüdə olublar (VİDEO)

Siyasət Materials 24 İyun 2023 12:12 (UTC +04:00)
Xarici diplomatlar Laçın sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüdə olublar (VİDEO)
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.

Onlara Ermənistanın, bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.

Bildirilib ki, silahlı təxribata qədər Xankəndidə yaşayan erməni əsilli sakinlər sərhəd keçid məntəqəsindən heç bir maneə olmadan istifadə edib. Hazırda da Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə şərait yaradılır. Başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirləri həyata keçirilir.

Xarici diplomatların diqqətinə çatdırılıb ki, Ermənistan tərəfi sərhəd gömrük buraxılış məntəqəsindəki hazırkı vəziyyətdən propaqanda vasitəsi kimi istifadə edir. Bəzi Avropa soyasətçiləri də gəlib körpünün digər hissəsində dayanıb, həqiqəti əks etdirməyən birtərəfli məlumatlar paylaşırlar. Bu vəziyyətdən öz piar kampaniyaları üçün istifadə edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti