Laçın. Trend:
Laçın rayonu böyük iqtisadi potensiala malikdir.
Trend şənbə günü xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin tərkibində Laçına səfər edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə deyib.
"Biz bu gün digər ölkələrin səfirləri ilə birlikdə Azərbaycanın ən gözəl rayonlarından biri olan Laçına gəldik. Burada yenidənqurma və abadlıq işləri görülür. Laçın rayonunun bəzi sakinləri artıq doğma evlərinə qayıdıblar və biz onlarla söhbət edə bildik", - deyə A.Bayel qeyd edib.
Səfir Laçının təbiətinin heyrətamiz olduğunu vurğulayıb.
"Ümid edirik, Cənubi Qafqaz regionuna sülh və inkişaf gələcək - bu hamımız üçün vacibdir", - deyə o sonda deyib.
Xatırladaq ki, bu gün Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçına gələrək burada aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar.
(Tərcümə: Rəna Əbdürəhmanova)