...

Laçında yenidənqurma işlərinin sürəti heyrətamizdir - Macar jurnalist

Siyasət Materials 24 İyun 2023 16:50 (UTC +04:00)
Laçında yenidənqurma işlərinin sürəti heyrətamizdir - Macar jurnalist

Trend-i buradan izləyin

Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Laçın. Trend:

Bu Laçına ilk səfərimdir və burada görülən yenidənqurma işlərinin sürəti heyrətamizdir.

Trend şənbə günü xəbər verir ki, bunu diplomatik korpus nümayəndələrinin tərkibində Laçına səfər edən macar jurnalist Attila Çarnai jurnalistlərə açıqlamasında deyib.

"Mənə Şuşaya səfər etmək də qismət olub. Çox ümid edirəm ki, məcburi köçkünlər ən yaxın zamanda öz evlərinə geri dönə biləcəklər", - A.Çarnai deyib.

O, Qarabağa 1992-ci ildə Xocalı faciəsindən iki həftə əvvəl səfər etdiyini qeyd edib:

"Çoxlu sayda köçkün və ermənilərin dinc Azərbaycan sakinləri ilə amansız rəftarının qurbanlarını görmüşəm və bu barədə Macarıstan mediasını və beynəlxalq medianı məlumatlandırmışam. Bütün bunları görmək dəhşətli idi. İndi şadam ki, bu tarix bitib və uzun illər öncə Qarabağı tərk etmək məcburiyyətində qalmış insanlar bu çiçəklənən bölgəyə qayıdırlar".

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti