Laçın. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Həkəri çayının sahilində salınan “Laçın bulvarı”nı ziyarət ediblər.
Trend bu barədə şənbə günü xəbər verir.
Xatırladaq ki, bu gün diplomatik korpus nümayəndələri Laçına yola düşüblər.
Nümayəndə heyətinin tərkibinə akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe daxildir.
Diplomatlar artıq Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, həmçinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Daha sonra Bayraq Meydanı və Həkəri çayının sahilində salınan Heydər Əliyev küçəsi ziyarət edilib.
Diplomatik korpus nümayəndələrinin Zabux kəndində tam sürətlə davam edən tikinti quruculuq işləri ilə də yaxından tanış olması planlaşdırılır.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə yollanacaqlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)