Laçın. Trend:
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri Laçının Zabux kəndinə gəliblər.
Trend bu barədə şənbə günü xəbər verir.
Onlara məlumat verilib ki, 30 ilə yaxın davam etmiş işğal dövründə kənd tamamilə dağıdılıb, məhv edilib. Hazırda isə Zabuxda genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir.
Xatırladaq ki, bu gün diplomatik korpus nümayəndələri Laçına yola düşüblər
Nümayəndə heyətinin tərkibinə akkreditə olunmuş 33 ölkədən və 10 təşkilatdan ümumilikdə 60-a yaxın diplomat və hərbi attaşe daxildir.
Diplomatlar artıq Laçında aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olub, həmçinin 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirib, artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət ediblər.
Daha sonra Bayraq Meydanı, Həkəri çayının sahilində salınan Heydər Əliyev küçəsi və “Laçın bulvarı” ziyarət olunub.
Səfərin son dayanacağı kimi xarici diplomatlar Zəngilanın Ağalı kəndinə yollanacaqlar.
(Tərcümə: Rəna Əbdürəhmanova)