...

Şavkat Mirziyoyevin prezident seçilməsi münasibətlərimizin inkişafı üçün yüksək zəmin yaratdı - Naqif Həmzəyev

Siyasət Materials 11 İyul 2023 18:01 (UTC +04:00)
Şavkat Mirziyoyevin prezident seçilməsi münasibətlərimizin inkişafı üçün yüksək zəmin yaratdı - Naqif Həmzəyev

Bakı. Trend:

Şavkat Mirziyoyevin yenidən Özbəkistan prezidenti seçilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin daha da inkişafı üçün yüksək zəmin yaratdı.

Trend xəbər verir ki, bunu TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

"Son dövrlərdə Özbəkistan-Azərbaycan münasibətləri artan xətt ilə inkişaf etməkdədir. Özbəkistanda keçirilən prezident seçkilərində Şavkat Mirziyoyev yenidən prezident seçildi. Bu münasibətilə bütün özbək xalqını və Türk dünyasını təbrik edirik. Çünki Özbəkistan bütün Türk dünyasının ayrılmaz və inkişaf edən bir dövlətidir. Türk dövlətləri arasındakı əlaqələrin inkişafına Özbəkistanın çox mühüm töhfələri var. Xüsusilə, Prezident cənab İlham Əliyevin və Şavkat Mirziyoyevin Azərbaycan-Özbəkistan qarşılıqlı səfərləri, Türk Dövlətləri Təşkilatının toplantılarında biri-birilərini dəstəkləmələri iki ölkə arasındakı münasibətləri daha yüksək zirvəyə daşıyıb",- deyə o qeyd edib.

Naqif Həmzəyev bildirib ki, fikrimcə, Şavkat Mirziyoyevin yenidən Özbəkistan prezidenti seçilməsi Azərbaycan-Özbəkistan münasibətlərinin daha da inkişafı üçün yüksək zəmin yaratdı.

"Heç kəsə sirr deyil ki, artıq, Azərbaycanın paytaxtı Bakıdan nəinki Özbəkistanın paytaxt şəhərinə, eləcə də region şəhərlərinə mütəmadi aviareyslər açılıb. Bununla yanaşı, iki ölkənin birlikdə hökumətlərarası komissiyası, iqtisadi şurası fəaliyyət göstərir. Cənab prezidentimiz Şavkat Mirziyoyevi təbrik edərək Azərbaycana dəvət edib. Mən düşünürəm ki, Özbəkistan prezidenti tezliklə Azərbaycana səfər edəcəkdir və bu səfər zamanı da yeni sazişlərin, sənədlərin imzalanmasının şahidi olacağıq. Özbəkistan-Azərbaycan münasibətləri daha da inkişaf edəcəkdir və özbək-Azərbaycan xalqı öz münasibətlərini gücləndirəcək",- deyə Milli Məclisin deputatı vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti