...

Şavkat Mirziyoyev Özbəkistan prezidenti vəzifəsinin icrasına başlayıb

Siyasət Materials 14 İyul 2023 12:20 (UTC +04:00)
Şavkat Mirziyoyev Özbəkistan prezidenti vəzifəsinin icrasına başlayıb
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 14-də Özbəkistan Ali Məclisində Prezident Şavkat Mirziyoyevin andiçmə mərasimi olub.

Trend xəbər verir ki, Şavkat Mirziyoyev təntənəli şəkildə and içərək Özbəkistan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlayıb.

İyulun 9-da keçirilən prezident seçkilərində yenidən seçilən Şavkat Mirziyoyevin səlahiyyət müddəti 2028-ci ilə qədər davam edəcək.

Xatırladaq ki, Özbəkistanda növbədənkənar prezident seçkiləri iyulun 9-da keçirilib və Şavkat Mirziyoyev 87,05 faiz səs toplayıb.

Özbəkistanda iyulun 9-da keçirilən prezident seçkiləri 2023-cü il aprelin 30-da keçirilmiş referendumun nəticələrinə əsasən konstitusiyaya əlavə və dəyişikliklərin qəbulundan sonra ilk seçki oldu.

Konstitusiyaya edilən dəyişikliklər ölkə başçısının səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər artırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti